Ukrayna Türkiyədən yardım istədi: "Bu boğazın bağlanmasını tələb edirik"

Ukrayna Türkiyədən yardım istədi: \"Bu boğazın bağlanmasını tələb edirik\"
Dünya 24 Fevral 2022 12:02

Ukrayna Türkiyədən dəstək istəyir. 

SİTAT.İNFO xəbər verir ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Türkiyə hökumətinə müraciət edib:  "Türk rəhbərliyinə səslənirəm, lütfən, Ukraynaya kömək edin. Çanaqqala boğazının  bağlanmasını tələb edirik"  

Ukraynanın Ankaradakı səfirliyinin Twitter hesabından paylaşdığı açıqlamada Bodnar, "Türkiyə rəhbərliyinə səslənirəm, Ukraynaya kömək edin. Çanaqqala boğazının bağlanmasını tələb edirik. Rusiya tərəfinə qarşı sanksiyaların tətbiq olunmasını istəyirik. Biz buradakı rusların səhmlərinə həbs qoyulmasını tələb edirik" -deyə yazdı.