İranda 2 SEPAH üzvünü güllələdilər

İranda 2 SEPAH üzvünü güllələdilər
SİYASƏT 25 Oktyabr 2022 17:18

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 üzvü öldürülüb.

Sitat.info xəbər verir ki, SEPAH-ın üzvləri Mehdi Mollaşahi və Cavad Keyca naməlum şəxslər tərəfindən güllələnib.

Faktla bağlı cinayət işi açılıb.

Qətli tördən şəxs və ya şəxslərin axtarışı aparılır. (APA)