Millimiz iki yoldaşlıq oyunu keçirəcək

Millimiz iki yoldaşlıq oyunu keçirəcək
İdman 24 Oktyabr 2022 18:22

Noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

“Sitat.info” xəbər verir ki, millimiz hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.