"İran-Ermənistan münasibətlərində bir sıra maraqlı və müəmmalı məqamlar" - Deputat Vüqar Bayramov yazır...
"İran Ermənistan münasibətlərində bir sıra maraqlı və müəammalı məqamlar. Belə ki, İran hazırda Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir. Digər tərəfdən İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan yeganə ölkədir".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.
O qeyd edib ki, İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir: "Tehran ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır. İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkələrdəndir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarə dövriyyəsi 43.0 % artıb. İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub".

İqtisadçı alim vurğuladı ki, Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq: "Əlavə olaraq, Avropa İttifaqı İran dronlarının Ukraynaya qarşı istifadəsinə görə dünən Tehrana yeni sanksiyalarının tətbiqini razılaşdırıb".
Nərgiz,
SİTAT.İNFO