Sabirabadda gənc qadın bıçaqlanıb, əri saxlanılıb

Sabirabadda gənc qadın bıçaqlanıb, əri saxlanılıb
KRİMİNAL 21 Oktyabr 2022 08:21

Sabirabadda gənc qadın bıçaqlanıb.

Sitat.info “report”un Aran bürosuna istinadən məlumat verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü İsayeva Təhminə Fuad qızı ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.