Ermənistanda qətlə yetirilmiş iki nəfərin meyiti aşkarlanıb

Ermənistanda qətlə yetirilmiş iki nəfərin meyiti aşkarlanıb
KRİMİNAL 21 Oktyabr 2022 02:29

Ermənistanın paytaxtı İrəvanın Davtaşen inzibati rayonunda körpünün altından qətlə yetirilmiş iki kişinin meyiti aşkarlanıb.

Sitat.info bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı Ermənistanın Cinayət Məsəlləsinin adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Polis ölənlərin şəxsiyyətini araşdırır.