"Qarabağ"ın müdafiəçisi zədələnib

\"Qarabağ\"ın müdafiəçisi zədələnib
İdman 20 Oktyabr 2022 19:51

"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov zədələnib.

Sitat.info-nun məlumatına görə, 31 yaşı müdafiəçi "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XI tur oyununda xəsarət alıb.

38-ci dəqiqədə onun yerinə meydana Kevin Medina daxil olub.

Qeyd edək ki, "Qarabağ" 1:0 hesabı ilə öndədir.