Məşhur filmin sevgili qəhrəmanları ayrıldılar
Türkiyənin məşhur “Ada Masalı” filminin qəhrəmanları ayrılıblar.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıq xəbərləri yayılan Ayça Ayşin Turan və Alp Navruz cütlüyü bu xəbəri təsdiqləyiblər.
1 ildir sevgili olan cütlük bir-birlərini sosial media hesablarında izləmədən çıxarıblar.
Qeyd edək ki, cütlük ötən ilin dekabr ayından birlikdə olduqlarını açıqlamışdılar.