Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr edilən sərgi ilə tanış olub

Prezident İlham Əliyev Moskvada Rusiya ilə əməkdaşlığa həsr edilən sərgi ilə tanış olub
SİYASƏT 23 Fevral 2022 14:15

Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Moskva şəhərində Rusiyanın TASS İnformasiya Agentliyinin ofisi qarşısında “TASS və AZƏRTAC-ın kadrları ilə Rusiya və Azərbaycanın 30 illik diplomatik münasibətləri” adlı sərgi ilə tanış olublar.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısını TASS İA-nın Baş direktoru Sergey Mixaylov və bir sıra rəsmi şəxslər müşaiyət edib.

TASS ilə AZƏRTAC-ın birgə layihəsi olan sərgidə Azərbaycanla Rusiya arasında dostluğun, siyasət, iqtisadiyyat, hərb, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığın yaxın tarixini əks etdirən 20-dək şəkil nümayiş olunur.

TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusman ali qonaqlara sərgidəki fotolar haqqında məlumat verib.