Baş nazirin müavini magistral su kəmərində baş vermiş hadisə yerinə gedib

Baş nazirin müavini magistral su kəmərində baş vermiş hadisə yerinə gedib
Gündəm 15 Oktyabr 2022 11:31

"Su borusunda baş verən partlayışa görə şəhər ərazisində, həmçinin Lökbatan qəsəbəsində suyun verilməsində problem yaranmayıb".

Apa-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki ki, bunu Bakı-Qazax yolunda magistral su kəmərindəki qəza zamanı ərziyə gələn Baş nazirin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavini qeyd edib ki, hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.