Ərdoğan Putinlə incə oyuna başladı: Rusiya həm qaz, həm də milyardlarla dollar itirə bilər

Ərdoğan Putinlə incə oyuna başladı: Rusiya həm qaz, həm də milyardlarla dollar itirə bilər
SİYASƏT 14 Oktyabr 2022 17:05

Rusiyanın Ukraynaya işğala başlamasının səkkizinci ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işğalçı ölkənin prezidenti Putinin Türkiyəni regional təbii qaz təchizatı mərkəzinə çevirmək təklifini alqışlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

"Bizim milli paylama mərkəzimiz var, lakin o, beynəlxalq olacaq. Enerji nazirliyimiz və Rusiya tərəfi birlikdə işləyəcək ", - Ərdoğan deyib.

Xəbərə görə, Ərdoğan əmindir ki, regional qaz təchizatı qovşağının yaradılması potensial olaraq Türkiyəni Rusiyanın Avropaya qaz axınında  əsas marşruta çevirə bilər.

Qaz qovşağı böyük ehtimalla Yunanıstan və Bolqarıstanla həmsərhəd olan Trakya regionunda yaradılacaq.

Nərgiz,

SİTAT.İNFO