Canlı efirdə dava! Pənah Hüseynlə AzTV-nin baş redaktoru əlbəyaxa oldular - VİDEO

Canlı efirdə dava! Pənah Hüseynlə AzTV-nin baş redaktoru əlbəyaxa oldular - VİDEO
HADİSƏ 22 Fevral 2022 22:38

Əməkdar jurnalist Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb.

 

Sitat.info xəbər verir ki, proqramda keçmiş Baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb.

Mübahisə sonradan davaya çevrilib. Tofiq Abbasov Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb. Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.