Hadı Rəcəbli: "Arıqlamağa çalışıram..."

Hadı Rəcəbli: \"Arıqlamağa çalışıram...\"
SİYASƏT 13 Oktyabr 2022 19:44

Ötən gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib. Vida mərasimində keçmiş deputatlar Hadı Rəcəbli və Hüseynbala Mirələmov da iştirak edib. Uzun müddət sonra görünən Hadı Rəcəblinin kəskin şəkildə arıqlaması diqqət çəkib.

Məsələ ilə bağlı “Unikal”a danışan H.Rəcəbli arıqlamasının səbəbini açıqlayıb:

“İdman edirəm, özümü qoruyuram. Bəziləri yazır ki, guya xəstəliyə tutulmuşam. Heç bir xəstəliyim yoxdur. Hər şey yüksək səviyyədədir. Sadəcə, çalışıram ki, arıqlayım. Gizlənirik, çalışırıq ki, görünməyək. Görünəndə də belə olur”, - deyə sabiq deputat qeyd edib.