AY Partiya üzvləri Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəsi ilə görüşdülər - FOTO

AY Partiya üzvləri Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəsi ilə görüşdülər - FOTO
SİYASƏT 10 Oktyabr 2022 15:46

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli, müavinləri Vasif İsmayıl və Gülşən Hacıyeva Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer xanımla görüşüblər.

Sitat.info xəbər verir ki, görüşdə Azərbaycan və Kıbrıs arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. 

Müzakirə zamanı AY Partiya Başqanının Kıbrısa ötənilki səfəri, keçirilən görüşlər xatırlanıb və Partiyanın Kıbrıs Türk Cümhuriyyətinin tanınması ilə əlaqədar gördüyü işlərdən danışılıb.

Bundan başqa, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

 

AY Partiya üzvləri Kıbrıs Türk Cümhuriyyətinin nümayəndəsi ilə görüşdülər - FOTO