Nazir xanım idarə rəisini təqaüdə göndərdi

Nazir xanım idarə rəisini təqaüdə göndərdi
Gündəm 10 Oktyabr 2022 11:19

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisini təqaüdə göndərib.

Sitat.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, idarənin rəisi Mehriban Səadətxan öz istəyi ilə tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə çıxıb.

Nazirin digər əmri ilə qurumun Sənədlərlə iş şöbəsi müdiri Nailə Mürsəliyeva vəzifəsindən azad olunaraq, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.