Xətai rayonunda sərnişin dayanacağı satıldı - Sakinlər etiraza qalxdı - Foto

Xətai rayonunda sərnişin dayanacağı satıldı - Sakinlər etiraza qalxdı - Foto
Gündəm 09 Oktyabr 2022 09:16

Xətai rayonu, Gəncə prospektində sərnişin dayanacağını ləğv edərək, yerində bina tikmək istəyirlər.

Sitat.info-ya daxil olan məlumatda, dünən sakinlər tikintiyə etiraz ediblər. Bir neçə çoxmərtəbəli yaşayış binalarının bir addımlığında qanunsuz inşa ediləcək olan binanın tikintisinin dayandırılmasını və dayanacaqlarının bərpa edilməsini tələb ediblər.

Sakinlərin etirazlarının işıqlanması üçün əraziyə mətbuat nümayəndələri çağırıblar.

Sitat.info ətraflı məlumat yayımlayacaq.

 

Xətai rayonunda sərnişin dayanacağı satıldı - Sakinlər etiraza qalxdı - Foto