“İsgəndər” “Bayraqdar”ın anqarını məhv etdi

“İsgəndər” “Bayraqdar”ın anqarını məhv etdi
Dünya 05 Oktyabr 2022 22:38

Rusiya ordusu “İsgəndər” kompleksi ilə “Bayraqdar”ın anqarını məhv edib.

Sitat.info xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“İsgəndər” yüksəkdəqiqlikli operativ-taktiki raket sistemi ilə Nikolayev vilayətindəki Voznesensk hərbi aerodromuna zərbə endirilib, nəticədə “Bayraqdar TM-2” PUA-sının anqarı məhv edilib”, - məlumatda deyilir.

Bundan başqa, Nikolayevin Muraxovla yaşayış məntəqəsi ərazisində AN/TPQ-36 radiolakasiya stansiyası da sıradan çıxarılıb.

/Axar.az