İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu
Gündəm 05 Oktyabr 2022 14:59

Bu gün səhər saatlarından etibarən Masazır qəsəbəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Publika.az xəbər verir ki, nəticədə Masazır dairəsindəki işıqforlar işləməyib.

Belə olan halda avtomobillərin hərəkətində də maneələr yaranıb. Bakı-Sumqayıt və Masazır - Xırdalan istiqamətdə kilometrlərlə tıxac yaranıb. Tıxacın hələ də davam etdiyi bildirilir.

Elektrik enerjisinin qəsəbəyə nə vaxt veriləcəyi isə məlum deyil.