Putin Paşinyanla danışıb, onu Rusiyaya çağırıb

Putin Paşinyanla danışıb, onu Rusiyaya çağırıb
SİYASƏT 21 Fevral 2022 20:44

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrası müzakirə olunub.

Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.