Rəhim Rəhimli ilə vida mərasimi keçirilir

Rəhim Rəhimli ilə vida mərasimi keçirilir
Gündəm 30 Sentyabr 2022 10:27

Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.

“Sitat.info” xəbər verir ki, mərasim onun Fəvvarələr meydanının yaxınlığında yerləşən evində keçirilir.

Mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak edirlər.

Vida mərasimi bitdikdən sonra mərhum Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R.Rəhimli ötən gecə yaşadığı evdə ürəktutmasından dünyasını dəyişib.

 

/Report

Rəhim Rəhimli ilə vida mərasimi keçirilir Rəhim Rəhimli ilə vida mərasimi keçirilir