3,5 milyonluq yeyinti ilə bağlı saxlanılan polkovnik həbs edildi
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.
M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb