Dövlət Vergi Xidməti ƏDV-nin diferensiallaşdırılmasının əleyhinədir

Dövlət Vergi Xidməti ƏDV-nin diferensiallaşdırılmasının əleyhinədir
Gündəm 23 Sentyabr 2022 11:44

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə dəyər vergisinin (ƏDV) diferensiallaşdırılmasının əleyhinədir.

"Report" xəbər verir ki, bu barədə qurumun rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında açıqlama verib.

"Diferensial ƏDV tətbiq edən bəzi ölkələrdə bununla bağlı problemlər var, sui-istifadə ola bilər. Alternativ variant ƏDV üzrə geri ödənilən məblığlərin artırılması ola bilər və bu, nəzərdə tutulub", - deyə o, qeyd edib.

Xatırladaq ki, ƏDV-nın diferensiallaşdırılmasl təklif ilə deputat Vahid Əhmədov çıxış edib.