İranla Ermənisran arasında ticarət əlaqələri dərinləşir
"İkinci Qarabağ müharibəsindən sonra İran ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin dərinləşməsi müşahidə olunur. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 502.8 milyon dollar olub. Bu 2020-ci il ilə müqayisədə 25.2 faiz artım deməkdir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında iqtisadçı alim , deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu ilin ilk yarısında isə cənub qonşumuz ilə Ermənistan arasında ticarət dövriyyəsi 307 milyon dollara çatıb: "Bu ötən ilin uyğun dövrü ilə müqayisədə 73.0 faiz artım deməkdir.
Rəsmi Tehran Ermənistan ilə illik ticarət dövriyyəsini 1.0 milyard dollara çatdırmağı hədəfləyir".
Səid,
SİTAT.İNFO