Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?
SOSİAL 17 Sentyabr 2022 12:15

Sentyabrın 18-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Sitat.info”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 25-29° isti. Bakıda gecə 21-23° isti, gündüz  27-29° isti olacaq. Atmosfer təzyiqi  758 mm civə sütunu olacaq.  Nisbi rütubət  60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz  30-35° isti,

dağlarda gecə 5-9° isti, gündüz 12-17° isti olacaq.