Ermənistan qarışdı: Polis parlament binasını mühasirəyə aldı - Video

Ermənistan qarışdı: Polis parlament binasını mühasirəyə aldı - Video
Gündəm 15 Sentyabr 2022 00:09

Polis Ermənistan parlament binasını mühasirəyə alıb. 

M İrəvan sakinləri Nikol Paşinyanın parlamentdəki çıxışından sonra parlament binasının önünə axışıb. Paşinyanın Azərbaycanla yeni sənədin imzalanacağı ilə bağlı açıqlaması erməniləri təşvişə salıb. 

Parlament binası qarşısına toplaşan insanlar "Nikol satqındır" şüarı səsləndirirlər. Etirazçılar yolu bağlayaraq vətəndaşları birliyə səsləyirlər. 

Aksiyanın baş tutduğu yerə polislər cəlb olunub. Hazırda polis parlament binasını mühasirəyə alıb.

Sitat.info videonu təqdim edir