MN daha bir məlumat yaydı: Ordumuz atəşə tutulur

MN daha bir məlumat yaydı: Ordumuz atəşə tutulur
Gündəm 14 Sentyabr 2022 15:04

Sentyabrın 14-ü saat 14:44-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan və artilleriya qurğularından atəşə tutur.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülür.