Düşmənin atəş məntəqələri məhv edilir - Rəsmi

Düşmənin atəş məntəqələri məhv edilir - Rəsmi
SİYASƏT 14 Sentyabr 2022 13:50

Ermənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə SİTAT.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir:

"Əməliyyat şəraiti ordumuzun nəzarətindədir".