İrəvanda etiraz: Paşinyana qarşı impiçment...

İrəvanda etiraz: Paşinyana qarşı impiçment...
Gündəm 13 Sentyabr 2022 18:11

44 günlük müharibədə ölən erməni əsgərlərin valideynləri Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları deputatlardan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dərhal reaksiya verilməsini və Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinin başladılmasını tələb ediblər.