III Karl rəsmən Böyük Britaniyanın Kralı elan edildi

III Karl rəsmən Böyük Britaniyanın Kralı elan edildi
Dünya 10 Sentyabr 2022 13:27

III Karl rəsmən Böyük Britaniyanın Kralı elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, 73 yaşlı III Karlın rəsmən Böyük Britaniyanın Kralı elan edilməsi mərasimi Londonun mərkəzində yerləşən Sent-Ceyms sarayında başlayıb.

Tacqoyma mərasimi bir neçə aydan sonra keçiriləcək. Onun tarixi hələ müəyyən edilməyib.