Suriyada 14 terrorçu zərərsizləşdirilib

Suriyada 14 terrorçu zərərsizləşdirilib
Gündəm 20 Fevral 2022 16:00

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin növbəti təxrtibatının qarşısını alıb.

SITAT.INFO xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xüsusi təyinatlılar bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün növbəti uğurlu əməliyyat keçirib.

“Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyat zonalarına hücuma cəhd göstərən 14 silahlı məhv edilib./report