Kriminal avtoritetlər Almatı küçələrinə çıxdı VİDEO

Kriminal avtoritetlər Almatı küçələrinə çıxdı VİDEO
Gündəm 07 Yanvar 2022 02:02

Kriminal dairələrdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumaqeldiyev Qazaxıstana gedərək etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Sitat.info xəbər verir ki, o, bu barədə instaqram səhifəsində canlı yayımda bildirib.

Avtoritet insanları dinc aksiyalara çağırıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir. Lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.

Cumaqeldiyev vurğulayıb ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:

“Bu mitinqdir? Bu xaos, anarxiyadır!”

Xatırladaq ki,  Arman Cumaqeldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən Quli ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından  sayılırdı.(Pravda.az)

Kriminal avtoritetlər Almatı küçələrinə çıxdı VİDEO