Siyasi partiyanın maliyyə fəaliyyətinə bu qurumlar nəzarət edəcək

Siyasi partiyanın maliyyə fəaliyyətinə bu qurumlar nəzarət edəcək
SİYASƏT 07 Sentyabr 2022 18:49

Siyasi partiyanın maliyyə fəaliyyətinə nəzarət edəcək qurumlar müəyyənləşir.

Sitat.info  xəbər verir ki, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçiriləcək.

Siyasi partiyanın digər maliyyə fəaliyyətinə nəzarət Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.