XİN: Azərbaycan-Almaniya əməkdaşlığı dinamik inkişaf yolu keçib
Azərbaycanın Xarici İşlər Nazirliyi özünün tviter hesabında Almaniya ilə diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olması münasibətilə paylaşım edib.
SITAT.INFO xəbər verir ki, paylaşımda deyilir:
“Bu gün Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı faydalı əməkdaşlığımız dinamik inkişaf yolu keçib”./report