Zakir Həsənov Ankaradakı Heydər Əliyev Parkında - Foto

Zakir Həsənov Ankaradakı Heydər Əliyev Parkında - Foto
Gündəm 30 Avqust 2022 14:12

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.