Nazarbayevin hansı ölkəyə qaçdığı bilindi - Təyyarəsini tapıldı

Nazarbayevin hansı ölkəyə qaçdığı bilindi - Təyyarəsini tapıldı
Gündəm 06 Yanvar 2022 17:33

Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan “Embraer Legacy 650” (bort nömrəsi E32L) təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib. “The Insider” yazır ki, təyyarə Qazaxıstan Milli Qvardiyasına aid ola bilər, çünki qurum bu modeli 2020-ci ilin yanvarında alıb.

Bundan əvvəl internetdə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinin qeydiyyatdan keçməmiş əmlakının Dubayda yerləşdiyinə dair araşdırma dərc edilib.

Qeyd olunur ki, Nazarbayevin nəvəsi Nurəli Əliyev, Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov və Nazarbayevin kürəkəni Timur Kulibayevin də Dubayda iqamətgahları var.

Yeri gəlmişkən, bir gün əvvəl, yanvarın 5-də E32L bort nömrəli təyyarə Qazaxıstandan havaya qalxan zaman Məsimov Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsindən azad edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl “Exo Moskvı” Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etməyə hazırlaşdığını bildirmişdi.

 

Sitat.info

Nazarbayevin hansı ölkəyə qaçdığı bilindi - Təyyarəsini tapıldı