Qəzada həlak olan hərbçimiz dəfn olundu - Video

Qəzada həlak olan hərbçimiz dəfn olundu - Video
Gündəm 27 Avqust 2022 14:26

Avqustun 26-da Goranboy rayonunun Buzluq kəndi ərazisində “Ural” markalı avtomobillə qəzaya düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Maarif oğlu Ərəblinski bu gün dəfn olunub.

Sitat.info xəbər verir ki, onun dəfn mərasimində döyüş yoldaşları, rayon rəhbərliyi və ictimaiyyəti iştirak ediblər.