Ruslar Dnepropetrovska zərbələr endirdi

Ruslar Dnepropetrovska zərbələr endirdi
Dünya 27 Avqust 2022 11:57

Gecə saatlarında Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol və Krivorojski rayonlarına zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko məlumat yayıb.

"Ağır artilleriya qüvvələrinin 7 mərmisi Nikopola düşüb. Şəhərdə onlarla fərdi yaşayış evi, təlim mərkəzi və elektrik xətləri sıradan çıxıb. Demək olar ki, 5 min ailə işıqsız qalıb", - o bildirib.

Qeyd edək ki, atəş nəticəsində ölən və yaralanan olmayıb.

/Axar.az