MN hərbçimizin həlak olması ilə bağlı məlumat yaydı

MN hərbçimizin həlak olması ilə bağlı məlumat yaydı
Gündəm 27 Avqust 2022 09:45

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyindən Sitat.info-ya verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!