Türkiyənin “Baykar” şirkəti Rusiyaya “Bayraktar” satışını mümkünsüz sayır

Türkiyənin “Baykar” şirkəti Rusiyaya “Bayraktar” satışını mümkünsüz sayır
Dünya 26 Avqust 2022 13:25

Türkiyənin “Baykar” şirkəti özünün “Bayraktar” hərbi pilotsuz uçuş aparatlarının Rusiyaya tədarükünü mümkün hesab etmir.

SİTAT.İNFO xəbər verir ki, bunu "Baykar"ın baş direktoru Haluk Bayraktar BBC-nin Rus xidmətində dərc olunan müsahibəsində bildirib.

Bayraktar qeyd edib ki, onun şirkəti tamamilə Ukraynanın tərəfindədir və təklif olunan məbləğdən asılı olmayaraq heç nə Ukrayna ilə əməkdaşlığa kölgə salmayacaq. (APA)