Ağsuda yanğın törətdiyini etiraf etdi - Video

Ağsuda yanğın törətdiyini etiraf etdi - Video
Gündəm 23 Avqust 2022 16:05

Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verib.

“Sitat.info” xəbər verir ki, FHN-in yanğınsöndürmə qüvvələrinin müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.

Hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.