Ukrayna ordusu Luqanska girməyi planlaşdırır - Paseçnik

Ukrayna ordusu Luqanska girməyi planlaşdırır - Paseçnik
SİYASƏT 18 Fevral 2022 19:50

Ukrayna Silahlı Qüvvələri Luqansk “respublikası”nın ərazisinə sıçrayış etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri separatçı-qondarma “luqansk xalq respublikası"nın başçısı Leonid Paseçnik deyib.

“Sağlam düşüncəyə və beynəlxalq razılaşmalara zidd olaraq düşmən bütün təmas xətti boyunca canlı qüvvə və ağır texnika cəmləşdirməkdə davam edir. Hazırda düşmən artıq təsirli zərbə qüvvəsi formalaşdırıb. Kəşfiyyat məlumatlarına görə, ukraynalılar nəinki təmas xəttində təxribatlar törətməyi, həm də “respublika”mızın ərazisinin dərinliklərinə sıçrayış təşkil etməyi planlaşdırır”, - separatçı rəhbər bildirib.