SON DƏQİQƏ! Azərbaycan Ordusunun hərbi qulluqçusu odlu silahdan açılan atəş nəticəsində həlak olub

SON DƏQİQƏ! Azərbaycan Ordusunun hərbi qulluqçusu odlu silahdan açılan atəş nəticəsində həlak olub
HADİSƏ 18 Avqust 2022 19:19

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik.

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!