Rusiya KTMT-dəki müttəfiqlərinə xəbərdarlıq etdi

Rusiya KTMT-dəki müttəfiqlərinə xəbərdarlıq etdi
SİYASƏT 18 Avqust 2022 17:26

Rusiyanın KTMT-dəki müttəfiqlərinin dost olmayan ölkələrlə təmasları Moskva ilə strateji tərəfdaşlığa xələl gətirməməlidir.

SİTAT.İNFO xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin departamentinin direktor müavini İvan Neçayev deyib.

“Rusiyaya dost olmayan ölkələrlə təmaslar ölkəmizlə strateji tərəfdaşlığa xələl gətirməməlidir. Bu, KTMT, Aİİ, MDB və ŞƏT daxil olmaqla, mövcud ümumi razılaşmalar çərçivəsində öhdəliklərə ziddir”, - diplomat bildirib.