Prezident yeni səfirləri qəbul etdi - Yenilənib

Prezident yeni səfirləri qəbul etdi - Yenilənib
SİYASƏT 18 Avqust 2022 11:24

Avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.

“Sitat.info” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.