Gürcüstanda təlim zamanı iki ABŞ əsgəri öldü

Gürcüstanda təlim zamanı iki ABŞ əsgəri öldü
HADİSƏ 10 Avqust 2022 16:26

Gürcüstanın şimalındakı Yona dağı bölgəsində təlim zamanı iki amerikalı hərbçi ölüb, üç hərbçi isə yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmayıb. Ehtimal olunur ki, hadisə əlverişsiz hava şəraiti nəticəsində baş verib.

/Axar.az