Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Gündəm 08 Avqust 2022 17:42

Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 vaksin vurulub.

Bu barədə Sitat.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verilib.

Məlumata görə, bir gündə birinci mərhələ və pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya qeydə alınmayıb.

İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 nəfər, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 829 030-dır