Çavuşoğlu ilə Ceyhun Bayramov Cənubi Qafqazı müzakirə edib
Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
SİTAT.İNFO xəbər verir ki, Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər və Cənubi Qafqazda baş verən son hadisələr müzakirə olunub.