Qoşqar Təhməzliyə yeni müavin təyin olundu

Qoşqar Təhməzliyə yeni müavin təyin olundu
SOSİAL 06 İyul 2026 14:20

Əli Tahir oğlu Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Sitat.info "Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.