İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçdi

İƏT Parlament İttifaqına sədrlik Azərbaycana keçdi
SİYASƏT 24 İyun 2026 11:44

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

Sitat.info xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.