İş adamının qəbiristanlıqda meyiti tapıldı - Türkiyədə

İş adamının qəbiristanlıqda meyiti tapıldı - Türkiyədə
HADİSƏ 06 Noyabr 2025 18:50

46 yaşlı türkiyəli iş adamı Rahman Olgunun meyiti tapılıb.

Məlumata görə, ondan xəbər ala bilməyən ailə üzvləri Olgunu atasının məzarının olduğu qəbiristanlıqda asılı vəziyyətdə tapıblar.

Hadisə ilə bağlı polis tərəfindən genişmiqyaslı araşdırmaya başlanılıb.

Olgunun ölüm səbəbinin aparılacaq otopsiya və kriminal ekspertizadan sonra dəqiqləşəcəyi bildirilib./Milli.az/